Bahar Muradova İmişlidə zorakılığa məruz qalan azyaşlı haqda: “Hazırda psixoloji reabilitasiya dövr keçir”backend

Bahar Muradova İmişlidə zorakılığa məruz qalan azyaşlı haqda: “Hazırda psixoloji reabilitasiya dövr keçir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İmişli rayonunda zorakılığa məruz qalan azyaşlı ilə bağlı işlər davam etdirilir”.

Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, azyaşlı hazırda psixoloji reabilitasiya dövrünü keçirir:

“Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, İmişlidə 13 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı. Onun dünya gətirdiyi uşaq tələf olub.