Bakı-Ələt yolunda ağır qəzalar: Səkkiz nəfər yaralandı – YENİLƏNİBbackend

Bakı-Ələt yolunda ağır qəzalar: Səkkiz nəfər yaralandı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarında Bakı-Qazax Gürcüstan yolunda səkkiz nəfərin xəsarət alması ilə nəticələnən iki fərqli yol nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat vermişdik.

Oxu.Az Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) baş verən qəzaların ilkin təfərrüatını öyrənib.

Belə ki, baş verən qəzalardan birincisi  Bakı-Qazax-Gürcüstan magistral yolunun 21-ci kilometrliyində baş verib. İlkin ehtimala görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və avtomobil yol kənarına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Digər qəza isə Bakı-Qazax-Gürcüstan magistral yolunun 19-cu kilometrliyində saat 08:20 radələrində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada sərnişinlər xəsarət alıb.

Belə ki, ilkin məlumata görə, taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsinin sürücüsü sürəti azaldıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan digər avtomobil ara məsafəsini gözləmədiyindən əvvəlcə taksi fəaliyyəti göstərən avtomobilə, daha sonra isə idarəetməni itirərək digər avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alanlar arasında iki Türkiyə vətəndaşı da olub.

Hər iki faktla bağlı araşdırma aparılır.

10:42

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, baş verən ilk qəza nəticəsində KTM-ə beş yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.