Hollivudun tanınmış aktrisası Elke Sommer VƏFAT ETDİbackend

Hollivudun tanınmış aktrisası Elke Sommer VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivudun 1960-cı illər ulduzu Elke Sommer 85 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

Almaniyalı aktrisa Elke Sommer uzun sürən xəstəlikdən sonra ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

O, Los-Ancelesin Bel-Eyr rayonundakı evində, axşam saat 22:00 radələrində vəfat edib. Aktrisanın 86 yaşı tamam olmağa cəmi səkkiz gün qalmışdı.

Aktrisa 1964-cü ildə Pol Nyumanla birlikdə rol aldığı “The Prize” (“Mükafat”) filminə görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Sommer karyerası ərzində təxminən 100 film və televiziya layihəsində iştirak edib, musiqi və rəssamlıqla da məşğul olub.

Xuraman Etibarlı

İnterpress.az