Bakı metrosunda vətəndaşlardan ETİRAZ: Süni sıxlıq, yoxsa pandemiya qaydaları?backend

Bakı metrosunda vətəndaşlardan ETİRAZ: Süni sıxlıq, yoxsa pandemiya qaydaları?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun “Elmlər Akademiyası” stansiyasında sıxlıq vətəndaşların narazılığına səbəb olub.metro stansiyanın ikinci çıxışında metronun altı giriş qapısından yalnız biri açıqdır və sərnişinlər növbəlilik prinsipinə riayət edə bilmir.

Sərnişinlərin metro stansiyaya daxil olması üçün ən azı 20 dəqiqə vaxt lazımdır. Vətəndaşları metroya bir-bir, iki-iki buraxdıqları üçün uzun növbə yaranıb. Sərnişinlərin metropoliten işçilərinə və orada xidmət aparan polis əməkdaşlarına irad bildirməsi isə nəticə verməyib.

Vətəndaşlar hər gün bu cür mənzərə ilə qarşılaşdıqlarını deyərək, etiraz ediblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışında yaranan izdiham universitetlərdə dərs vaxtının bitməsi ilə əlaqəlidir:

“Metropolitenin fəaliyyəti ilə bağlı problem yoxdur. Qatarlar interval üzrə hərəkət edirlər. Yaranmış izdiham universitetdə dərs saatlarının başa çatması ilə bağlıdır. Pandemiya dövründə sərnişinlərin ardıcıl şəkildə yoxlanılaraq, stansiyaya daxil olması təmin edilir. Bu proses hər gün eyni qaydada aparılır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etmək üçündür”.