Bakı sakinindən avtomat silahı götürüldü    backend

Bakı sakinindən avtomat silahı götürüldü    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramana qəsəbə sakini İ.Nağıyev Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ondan nömrəsi silinmiş AKM markalı avtomat silahı, patron darağı və 26 patron aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

İnterpress.az