Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə oktyabrın 10-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıq deməkdir.