Bakıda zəncirvari yol qəzası olub, üç avtomobil toqquşub.
Hadisə Novxanı-Sumqayıt avtomobil yolunun Binəqədi rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Volkswagen Passat”, “Prado” və yük avtomobili toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi zinan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.
Hadisə anı digər avtomobildə olan kamera vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.