Baltikyanı ölkələr Fitsoya “YOX” DEDİ: Slovakiya baş naziri yeni marşrutla Moskvaya UÇURbackend

Baltikyanı ölkələr Fitsoya “YOX” DEDİ: Slovakiya baş naziri yeni marşrutla Moskvaya UÇUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Fitso 9 May tədbirləri üçün Moskvaya qeyri-adi marşrutla gedəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Marker” xəbər portalı Slovakiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da keçiriləcək tədbirlər üçün Moskvaya uçuşunu qeyri-standart marşrut üzrə həyata keçirəcək. O, Çexiya, Almaniya, İsveç və Finlandiya vasitəsilə Rusiya paytaxtına çatacaq.

Qeyd edək ki, bundan əvvəl Baltikyanı ölkələrin hakimiyyəti Slovakiya baş nazirinin təyyarəsinə öz hava məkanlarını istifadə etməyə icazə verməyib.

Xuraman Etibarlı

İnterpress.az