“Bank Respublika” ASC “NH-BUS” MMC-ni məhkəməyə verib.
İnterrpress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı bank Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, ASC kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Fərman Həmidlinin icraatına verilib.
Cavabdeh qismində Nail Əli oğlu Əsgərli və Məmişov Humay Xasay oğlu da göstərilib.
Məhkəmənin vaxtı hələlik təyin edilməyib.