“Barselona” doğma meydanda darmadağına sevindi – VİDEObackend

“Barselona” doğma meydanda darmadağına sevindi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

La Liqada XI tura yekun vurulub.

Turun son matçı Kataloniyada baş tutub.

“Barselona” azarkeşləri önündə “Atletik”i qəbul edib.

Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

Qolları Usman Dembele (12), Serxi Roberto (18), Robert Levandovski (22) və Ferran Torres (73) vurub.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Barselona” ikinci pillədəki yerini qoruyub. “Atletik” isə 18 xalla altıncı pillədə qalıb.

Matçın qollarını təqdim edirik: