Bartaz yüksəkliyi necə azad edilib? – VİDEObackend

Bartaz yüksəkliyi necə azad edilib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmənin bir çox müdafiə mövqeyini darmadağın edib, strateji nöqtələri ermənilərdən təmizləyib.

İnterpess.az xəbər verir ki, hərbçilərimiz Cəbrayıl-Füzuli istiqamətində düşmənin “Ohanyan” səddi kimi tanınan mühəndis istehkamlarını yarıb keçərək Xudafərin körpüsü, Zəngilan şəhəri və bir sıra ətraf əraziləri ermənilərdən təmizlədikdən sonra digər strateji müdafiə mövqelərindən biri ilə üzləşib.

Zəngilan rayonunda 2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyi də əsas strateji əhəmiyyətə malik olan yüksəkliklərdən biridir.

Bartaz Zəngilan rayonunun cənub qərbində Mehri silsiləsində, Ermənistanla sərhəddə yerləşir. Düşmən Zəngilan şəhərindən qaçandan sonra bu yüksəklidə mövqelənmişdi.

Məhz Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Dəstəsinin (ÇHD) xüsusi təyinatlılarının qəhrəmanlıqları sayəsində Bartaz yüksəkliyi düşməndən azad edilib.

Bu əlamətdar gündə Bartaz yüksəkliyi əməliyyatında iştirak etmiş DSX-nin bir qrup hərbçisi Zəngilan rayonuna səfər edib. Onlar düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib və xatirələrini bölüşüblər.

Bartaz yüksəkliyini düşməndən təmizləyən qəhrəmanlardan biri isə DSX-nin polkovnik-leytenantı Mahmud Şükürovdur.

Zabit deyir ki, İkinci Qarabağ müharibəsi dövründə Bartaz və Şükürataz yüksəkliklərinin azad olunması tapşırığı onun rəhbərlik etdiyi qrupa verilmişdi.

Mahmud Şükürov söyləyir ki, Bartaz yüksəkliyinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı hiylə taktikası işlədilib.

Qeyd edək ki, Mahmud Şükürov Vətən müharibəsində DSX bölmələrinin keçirdiyi bir çox əməliyyatlarda, strateji mövqelərin ələ keçiriləməsində şücaət və qəhrəmanlıqlar göstərib. O, Xocavəndin Hadrut qəsəbəsi, Cəbrayılın Soltanlı kəndi, Zəngilan şəhəri və ətraf yüksəkliklərin azad edilməsində iştirak edib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.