NATO-nun Baş katibi Yens Stoltenberq hərbi bloka üzv ölkələrə ünvanladığı məktubda İsveçin noyabrın 28-29-dan gec olmayaraq alyansa üzv qəbul edilməli olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ötən gün məlum olub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. Bunun ardınca İsveçin Baş naziri Ulf Kristersson Ərdoğana təşəkkürünü bildirib.
Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.