Ötən il prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilir.
İnterpress.az xəbər verir ki, Baş Prokurorluqda keçirilən iclasda Mərkəzi aparatın, Naxçıvan Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər.
Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.