“Baş verənlər Gürcüstana qarşı qurulmuş təhlükəli oyunun növbəti təzahürüdür” – POLİTOLOQbackend

“Baş verənlər Gürcüstana qarşı qurulmuş təhlükəli oyunun növbəti təzahürüdür” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda baş verən hadisələr Qərbin neoimperialist dairələrinin növbəti təxribatlarından başqa bir şey deyil. Əslində, başqa ölkələrin daxil işlərinə qarışmağı özünün həyat kredosu elan etmiş neoimperialist dairələr indi bunu çox açıq aydın formada Gürcüstan üzərindən həyata keçirməyə çalışırlar.

Bu fikirləri Gürcüstanda son günlər baş verən proseslər, hadisələrin gedişatı və bu gedişatın nə ilə nəticələnəcəyi barədə İnterpress.az-ın suallarını cavablandıran politoloq Tural İsmayılov açıqlamasında bildirib.

“Maraqlı məsələdir ki, bu gün ABŞ-nin, Fransanın özünün xarici agentlərə dair qanun layihələri kifayət qədər sərt olsa da, bununla bağlı heç kim danışmır. Amma Gürcüstan belə bir qanun lahyəsini qəbul edir deyə Gürcüstanın üzərinə düşməyə çalışırlar.

Əlbəttə ki, bu qəbul edilən bir hal deyil. Bu, sadəcə olaraq Gürcüstana qarşı qurulmuş təhlükəli oyunun növbəti göstəricilərindən biridir. İstənilən halda hesab edirəm ki, bu aksiyalar öz istəyinə nail olmayacaq. Çünki Gürcüstan Qərbin bu tip təhlükəli tendensiyalarına və ssenarilərinə qarşı kifayət qədər ayıq-sayıqlığı olan bir dövlətdir.

Hesab edirəm ki, burada ABŞ-nin müxtəlif qanun layihələrinin qəbulünü, bəhanə edib oranı qarışdırmaq cəhdləri və tendensiyaları məğlubiyyətə düçar olacaq”, – Tural İsmayılov bildirib.

O, Qərbin bu çirkin oyunlarının Azərbaycan üzərindən də həyata keçirmək istəyinin boşa çıxdığını qeyd edib.

” Biz bilirik ki, Azərbaycan daha əvvəl bu xarici agentlər haqqında qanuna bənzər qanun layihəsini qəbul edib. Mən hesab edirəm ki, öz milli dövlətçiliyini, milli identikliyini qorumağa çalışan hər bir dövlət bu tip qanun layihələrinə qarşı ayıq-sayıq olmalıdır, həssas olmalıdır.

Bu məsələdə də bizim dövlətimizin üzərinə hansısa bir formada gəlməyə çalışan Qərb imperialist dairələri necə məğlub oldularsa, hesab edirəm ki, Gürcüstan da bu məsələdə kifayət qədər ayıq-sayıqlıq göstərəcək və prosesin təhlükəli bir hala keçməsinin qarşısı alınacaq. Nəticədə Qərbiin casus dairələri Gürcüstanda istəyinə nail ola bilməyəcək”, – politoloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az