“Tramp qan tökülmədən məğlub olmayacaq”.
interpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden CBS News-a müsahibəsində bildirib.
Bayden Respublikaçı rəqibi Donald Trampın məğlub olacağı təqdirdə 2025-ci ilin yanvarında hakimiyyətin dinc yolla ötürüləcəyinə “heç də əmin olmadığını” deyib.
“O, dediyini tam olaraq nəzərdə tutur. Biz onu ciddi qəbul etmirik. Amma o, ciddidir. Uduzsa, qan gölməçəsi olacaq, oğurlanmış seçki olacaq”, – Bayden qeyd edib.
Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyir.
Müsahibə 11 avqust bazar günü CBS News Sunday Morning-də yayımlanacaq.
Xuraman Etibarlı
İnterpress.az