Belçikanın Xarici İşlər Naziri Hadja Lahbib ölkəsindəki federal və regional hökumətlər arasında Fələstin dövlətinin tanınması ilə bağlı razılaşmanın olduğunu, lakin doğru zamanı gözlədiklərini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Lahbib Aİ xarici işlər nazirləri toplantısından əvvəl mətbuata verdiyi açıqlamada Fələstin dövlətinin tanınması üçün Belçikada federal və regional hökumətlər arasında səylərin davam etdiyini bildirib.
Fələstinin tanınması üçün hökumətlər arasında razılaşma olduğu barədə məlumatı paylaşan Lahbib doğru zamanı gözlədiklərini bildirib:
“Biz sadəcə simvolik olacaq hər hansı bir tanınmadan qaçmağa qərarlıyıq. Düşünürəm ki, fələstinlilərin gündəlik reallıqlarında heç bir fərq qoymayacaq simvolik bir tanınmadan daha çox şeyə ehtiyacı var”.
İsrailin Rəfah bölgəsinə hücum planının bütün bölgə üçün “fəlakət” olacağını xəbərdar edən Lahbib, hücum planından qaçmaq lazım olduğunu bildirib.
Rafah bölgəsində təxminən 1,5 milyon fələstinlinin “gedəcək yeri olmadığını” qeyd edən Lahbib atəşkəsə çağırıb.