Belçikalı nazirlər İsrailin Eurovision-a qadağa qoyulması çağırışlarına qoşulurlarbackend

Belçikalı nazirlər İsrailin Eurovision-a qadağa qoyulması çağırışlarına qoşulurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki Belçikalı nazir Qəzzada mülki şəxslərə qarşı hücumları davam etdiyi müddətcə İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirak etməməsi lazım olduğunu düşünürlər.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa ölkələrinin “İsraili “Eurovision”a qadağa qoyması” çağırışlarına Belçikalı nazirlər də qoşulub.

Ölkədəki regional hökumətlərdən biri olan Valoniya-Brüssel Federasiyasının uşaq, səhiyyə, mədəniyyət, media və qadın hüquqları naziri Benedikt Linard X hesabında İsrailin Eurovision-da iştirakı ilə bağlı açıqlama verib.

“Rusiya Ukraynanı işğal etdikdən sonra müsabiqələrdən və “Eurovision”dan kənarlaşdırıldığı kimi, İsrail də minlərlə insanın, xüsusən də uşaqların ölümünə səbəb olan beynəlxalq hüququn kobud şəkildə pozulmasına son qoyana qədər kənarda saxlanmalıdır”, – Linard deyib.

Belçika mətbuatının yazdığına görə, Linard dünən parlamentdə keçirdiyi iclasda Belçikanın fransızca radio və televiziya yayımı təşkilatı RTBF-yə bu istiqamətdə tələb edəcəyini ifadə edib: “Qəzzada müharibə davam etdiyi müddətcə bu, Təşkilatçılara İsrailin iştirakını qadağan etmək məsuliyyətini öz üzərinə götürsünlər”.

Linardın çağırışını Flaman hökumətinin Brüssel işləri, gənclər, media və korrupsiya ilə mübarizə naziri Benjamin Dalle də dəstəkləyib.

Flamand mediasının məlumatına görə, Dalle bildirib ki, İsrail Qəzzada qadın və uşaqlar da daxil olmaqla günahsız mülki insanları öldürdüyü müddətcə Eurovision-a qadağa qoyulmalıdır.

“Beynəlxalq humanitar hüququ və uşaq hüquqlarını bu miqyasda pozan iştirakçı ilə belə gözəl, birləşdirici bayramın keçirilməsi qəbuledilməzdir”, – Flamandlı nazir bildirib.