Binada 3-dən çox ev heyvanının olmasına qonşuların razılığı ilə icazə veriləcəkbackend

Binada 3-dən çox ev heyvanının olmasına qonşuların razılığı ilə icazə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentində irəli sürülən “Ev heyvanları haqqında” qanun layihəsinə əsasən, ev heyvanlarının saxlanması ilə bağlı öhdəliklərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir.

İnterpress.az xəbər verir ki, bu barədə “İnterpress News” məlumat yayıb.

Ev heyvanını tərk edən fiziki şəxs 3000 lari, hüquqi şəxs isə 5000 lari məbləğində cərimələnəcək.

Bundan əlavə, illik baytarlıq müayinəsi, peyvəndləmə və digər zəruri müalicə-profilaktik tədbirlərin həyata keçirilməsi öhdəliyinin pozulması heyvanın sahibinin 100 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək; Əhliləşdirilmiş heyvanın quduzluğa qarşı peyvənd edilməsi öhdəliyinin pozulması 100 lari məbləğində cəriməyə səbəb olacaq.

İdentifikasiya və qeydiyyat tələblərinin pozulması şəxsin 100 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək;

Yüksək riskli cins itlərin identifikasiyası-qeydiyyatı üzrə tələblərin pozulması şəxsin 200 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək;

Qarışıq cinsli ev heyvanının (it, pişik) sterilizasiya/kastrasiya tələblərinin pozulmasına görə 300 lari məbləğində cərimə nəzərdə tutulur;

Heyvana sahib olmaq üçün müəyyən edilmiş kəmiyyət həddinin pozulması heyvan sahibinin 300 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək;

Əhliləşmiş ev heyvanının sterilizasiya/kastrasiya, peyvənd və ya quduzluq xəstəliyinin müşahidəsi məqsədilə köçürülməsi zamanı bələdiyyənin səlahiyyətli orqanına maneçilik törədilməsi 300 lari məbləğində cərimə ilə nəticələnəcək;

Digər heyvanın və ya şəxsin sağlamlığına cüzi ziyan vurması, sahibinin 500 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək;

Eyni layihəyə əsasən, çoxmənzilli evin mənzilində üçdən çox ev heyvanının (it, pişik) olmasına mənzil sahiblərinin əksəriyyətinin razılığı əsasında icazə verilir.

Layihəni nəzərə alsaq, sözügedən məhdudiyyət yaşı 2 aydan çox olmayan heyvana şamil edilmir.

Mənzil sahiblərinin əksəriyyətinin razılığı olmadan çoxmənzilli yaşayış binasının mənzilində iki aylıq və daha çox yaşı olan üçdən çox ev heyvanının (it, pişik) olması mənzil sahibinin 300 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.