Bir qrup Neftçala şəhər sakini Tənzilə Rüstəmxanlının seçki qərargahını ziyarət edərək, ona dəstəklərini ifadə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Bildirilir ki, bir qrup Neftçala şəhər sakini 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçki qərargahını ziyarət edib, dəstəklərini ifadə ediblər.
Qadınlardan ibarət olan qrup Tənzilə xanımla bir çox məsələləri müzakirə edib və gələcəkdə birgə yeni işlərə imza atacaqlarını bildiriblər.
Sonra onlar xanım namizədə uğurlar arzulayıb, onun seçilələcəyində əminliklərini qeyd ediblər.
İnterpress.az