Bişkek niqab qadağasına AYDINLIQ GƏTİRDİbackend

Bişkek niqab qadağasına AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkek niqab qadağasına aydınlıq gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb. Bildirilir ki, Qırğızıstan prezidenti Sadır Japarov niqab və burka geyinməyə qadağa qoyulmasına münasibət bildirib.

O, müvafiq qərarın müftilik tərəfindən qəbul edildiyini və buna əməl edilməli olduğunu vurğulayıb.

“Müftilik Quran və hədislərə əsaslanan fətvalar verir. Onların ölkə ərazisində icrası məcburidir”, – Japarov qeyd edib.

O xatırladıb ki, bu yaxınlarda ölkədə din sahəsini tənzimləyən qanun qəbul edilib. İndi dindarların hüquqları ilə bağlı bütün məsələlər Müftilik və Üləmalar Şurasına verilib.

Dövlət orqanlarının dini işlərə qarışmaq hüququ yoxdur.

Hicab, niqab və burka ilə bağlı sualı cavablandıran prezident deyib ki, “hicab” qırğız dilində sadəcə olaraq yaylıq, qadınlar üçün ənənəvi baş örtüyü deməkdir.

“Qadının bunu necə geyinməsi onun şəxsi işidir. Əsas odur ki, üzü açıq olsun”, – o vurğulayıb.

Japarovun sözlərinə görə, yalnız gözləri açıq saxlayan niqab və üzü tamamilə örtən burka müftiliyin qərarı ilə qadağan edilib.

Xuraman Etibarlı

İnterpress.az