Bişkekdə fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə etiraz edib.
“Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun” Prezidenti Nüsrət Məmmədovun adından beynəlxalq təşkilatlara, Türkiyənin Qırğızıstandakı səfiriliynə və ABŞ-ın Qırğızıstandakı səfirliyinə ünvanlanan bəyanatda Osmanlı türklərinin deyil, ermənilərin türklərə və müsəlmanlara qarşı əsl soyqırimı törətdiyi barədə ətraflı məlumat verilib. Ermənilərin tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasətini yalnız qardaş Türkiyəyə deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirdikləri vurğulanıb. Ermənilərin etnik zəmində Azərbaycan türklərinə və digər millətlərə qarşı 1918-ci ildə 31 mart soyqırımı, 1992-ci ildə 26 fevral Xocalı soyqırımı kimi amansız cinayətlər törətdikləri, bu kütləvi qətliamların bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirildiyi yada salınıb. Qondarma “erməni soyqırımı” anlayışının, yalnız siyasi təzyiq aləti və ikili standartlar siyasətinin təzahürü olduğu vurğulanıb.
Soyqırımı haqqında 1948-ci il Konvensiyasını qəbul edən BMT-nin 3 dəfə (2000, 2007 və 2015-ci illər) Osmanlı ermənilərinin tarixi mübahisəsinin soyqırımı olmadığını elan etdiyinə və 2016-cı ildə isə “Doqu Perincek İsveçrəyə qarşı” işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanla bağlı halın soyqırımı kimi sübut edilmədiyinə dair qərarlara ABŞ Prezidenti Co Baydenin hörmətlə yanaşması, soyqırımla əlaqədar bütün dəlilləri ortaya qoyması tələb edilib, müxtəlif xalqlara qarşı soyqırımlar törədən ölkəsinin tarixinə baxmaq tövsiyə olunub.
İnterpress.az