Blinken HTS-i Talibanın təcridindən dərs almağa ÇAĞIRDIbackend

Blinken HTS-i Talibanın təcridindən dərs almağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Blinken HTS-i Taliban təcridindən “dərs almağa” çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Xarici Əlaqələr Şurası qarşısında çıxışı zamanı bildirib.

“Taliban Əfqanıstanı ələ keçirəndə daha mülayim bir sifət nümayiş etdirdi və ya ən azı buna cəhd göstərdi, lakin sonra onların əsl siması ortaya çıxdı.

Nəticədə o, bütün dünyada təcrid olunmuş vəziyyətdə qalır”, – Blinken deyib.

O qeyd edib ki, “Hayat Təhrir əl-Şam” (HTŞ) Talibanın təcridindən “dərs ala bilər” və təşkilatı beynəlxalq ictimaiyyətlə əlaqə yaratmaq üçün verdiyi vədləri yerinə yetirməyə çağırıb.

Blinken Əsədin təcrübəsindən öyrənilməsi lazım olan başqa bir dərs olduğunu deyib. O, Əsədin hər hansı siyasi prosesdə iştirakdan imtina etməsinin onun rejiminin süqutuna səbəb olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az