BMT-nin hesabatına görə, Ukraynada işğalçı müharibəyə başladığı vaxtdan bəri Rusiyada insan haqlarının vəziyyəti xeyli pisləşib.
“İnterpress.az” xəbər verir ki, bu barədə Rusiyada insan haqlarının vəziyyətini izləyən BMT eksperti Mariana Katzarovanın hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, Rusiya müharibə əleyhdarları arasında özbaşına kütləvi həbslər həyata keçirib. Həbs olunan şəxslər Rusiya hakimiyyət orqanlarının tətbiq etdiyi “işgəncə və etinasızlıq” səbəbindən həyati təhlükə ilə də üzləşib.
Hesabata görə, azad müzakirələri və müstəqil medianı bağlayan Rusiyada vətəndaş cəmiyyətinin “sistemli məhvi” baş verib.
BMT-nin İnsan Haqları Şurası ilk dəfədir ki, təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvü ilə bağlı hesabat təqdim edir.