BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildibackend

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının 76-cı sessiyasının nümayəndələri Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçiblər.

İnterpress.az xəbər verir ki, bu ölkələrin nümayəndələri 2023-2024-cü illər ərzində Şuranın işində iştirak edəcəklər.

Xatırladaq ki, Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququna malikdir.

Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Onlardan beşi hər il dəyişdirilir.