Bolqarıstan 70 rus diplomatı ölkədən çıxarırbackend

Bolqarıstan 70 rus diplomatı ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini ölkədən çıxarmaq qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.

Bolqarıstanın baş naziri Kiril Petkov Bolqarıstan parlamentində “səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının üzvləri olduğu müəyyən edilib” bəyanatını verib.

Petkov iyulun 3-dək Rusiya səfirliyinin əməkdaşlarını Moskvaya göndərəcək təyyarənin hazırlandığını da açıqlayıb.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə tezliklə 70 diplomatın ölkədən çıxarılmasına cavab veriləcəyini bəyan edib.