Bolqarıstan ABŞ-dan təqribən 1,25 milyard avroya 200 ədəd “Stryker” tipli zirehli hərbi maşın alıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bolqarıstanın müdafiə naziri Todor Taqarev bunların 2025-2028-ci illərdə ölkəyə təhvil veriləcəyini bildirib.
Taqarev bəyan edib ki, ölkə bu maşınlara regional texniki xidmət və təmir mərkəzi olacaq və bunun üçün Veliko Tırnovo şəhərindəki Terem Silah Zavodlarının imkanlarından istifadə olunacaq:
“NATO-nun şərq qanadı olan ölkələrdəki bütün (çoxmillətli) döyüş qruplarının briqada döyüş qruplarına çevrilməsi planlaşdırılır. Batalyonlardan briqadalara çevriləcək bu qrupların hər birində şəxsi heyət 5 min nəfərə qədər ola bilər. Bu baş verəcək. Amma hazırda dəqiq qrafikimiz yoxdur.Bunun hansı şəraitdə baş verəcəyini indidən demək çətindir. Biz bunu təmin etməyə hazır olmalıyıq”.