Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alan məşhur jurnalist Taker Karlson Boris Consonun Ukrayna ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar tələb etdiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Aparıcı Taker Karlson deyib ki, Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinin qatı tərəfdarı olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson mövzu ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar istəyir.
Karlson Rusiya prezidenti Vladimir Putinlə mübahisəli müsahibəsindən sonra ilk dəfə danışıb və avtoritar Rusiya rejimini dəstəklədiyini inkar edib.
“Çirkli pulların yuyulması sxemi”
Eyni zamanda, Karlson Ukraynanın Rusiyanın işğalına qarşı müdafiəsini “çirkli pulların yuyulması sxemi” adlandırıb və Consonu bu sxemin mənfəətpərəstlərindən biri olmaqda ittiham edib.
Karlson Böyük Britaniyanın keçmiş baş nazirindən müsahibə almaq istəyini belə izah edib: “Mən Moskvadayam, müsahibəni gözləyirəm, məlum olur ki, biz müsahibə veririk və məni dərhal Boris Conson adlı şəxs ittiham edir. O. məni “Kreml aləti” və ya başqa bir şey adlandırır. Ona görə də Conson mənə zəng vurdu. O, məni daim günahlandırdığı üçün müsahibə tələb etdim”.