Böyük Britaniyada “Maşa və Ayı” cizgi filminin qadağan edilməsi TƏLƏB OLUNDUbackend

Böyük Britaniyada “Maşa və Ayı” cizgi filminin qadağan edilməsi TƏLƏB OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada “Maşa və Ayı” cizgi filminin qadağan edilməsi tələb olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Böyük Britaniya parlamentinin deputatları populyar “Maşa və Ayı” uşaq cizgi filminin ölkə ərazisində nümayişinin rəsmi olaraq qadağan edilməsini tələb ediblər.

Britaniyalı parlamentarilərin iddiasına görə, ekran işində uşaqların şüuruna təsir göstərən gizli və “yumşaq təbliğat” elementləri yer alır.

Onlar xüsusilə cizgi filminin iki fərqli epizodunu nümunə gətiriblər. Epizodlardan birində baş qəhrəman Maşa sovet nümunəli hərbi geyimdə və tankçı dəbilqəsinə bənzəyən baş geyimində təsvir olunub. Digər epizodda isə o, sovet sərhədçilərinin rəsmi hərbi papağını xatırladan baş geyimi taxıb.

Mühafizəkar deputatlar bu cür hərbi rəmzlərin uşaq cizgi filmlərində nümayiş etdirilməsinin gənc nəslin şüurunu manipulyasiya etmək və sovet keçmişini təbliğ etmək məqsədi daşıdığını iddia ediblər.

Hazırda Böyük Britaniyanın yayım qurumları və müvafiq komissiyaları tərəfindən məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Maşa və Ayı” cizgi filmi dünyada ən çox izlənilən uşaq layihələrindən biridir və bir çox Avropa ölkələrində dəfələrlə bənzər siyasi müzakirələrin obyekti olub.

Xuraman Etibarlı

İnterpress.az