Braziliya prezidenti beyin qanaması səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması səbəbindən təcili xəstəxanaya yerləşdirilib və hematomu çıxarmaq üçün kraniotomiya əməliyyatı keçirib.
Oktyabrda dövlət başçısı yıxılaraq başının arxası dəymişdi. Həkimlər artıq daxili qanaxma təhlükəsi barədə xəbərdarlıq etmişdilər.
Əməliyyat fəsadsız keçib, siyasətçi həkimlərin nəzarəti altındadır.
Xuraman Etibarlı
İnterpress.az