Braziliyalı balıqçı 11 gün Atlantik okeanında soyuducu ilə üzübbackend

Braziliyalı balıqçı 11 gün Atlantik okeanında soyuducu ilə üzüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada 44 yaşlı Romualdo Rodriges Amapa əyalətindən Fransız Qvianası sahillərindəki adaya balıq tutmağa gedib. Yolda onun taxta qayığı batıb və kişi özünü xilas etmək üçün balıq soyuducusuna dırmanıb. Soyuducunun üzərində o Atlantik Okeanında 11 gün qalıb. Ac və susuz balıqçını yoldan keçən bir gəmi aşkar edib.

Balıqçının olduğu soyuducu qayığın qəzaya uğradığı yerdən 450 kilometr aralıda tapılıb.

Polis sağ qalan balıqçının heç bir sənədinin olmadığını müəyyən edib. O, 16 sutkalıq həbsxanaya göndərilib. Nəticədə, Romualdo iyulda balıq ovuna getmək üçün çıxdığı evə yalnız avqustun sonunda qayıdıb.

Mənbə: knife.media