Britaniya İsrailə silah tədarükünün bərpası üçün şərtləri açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu tələbləri Böyük Britaniyanın xarici işlər naziri Lammi bu yaxınlarda Londonda keçirdiyi görüşdə ABŞ dövlət katibi Blinkenə səsləndirib.
Britaniya ultimatum təqdim edərək, İsrailə silah tədarükünə məhdudiyyətlər qoyub.
London yalnız atəşkəs əldə edildikdən və beynəlxalq təşkilatlara İsrail həbsxanalarındakı fələstinli məhbuslarən yanına tam giriş imkanı verildikdən sonra silah ixracını bərpa edəcəyini bildirib.
Sentyabrın 2-də Böyük Britaniyanın xarici işlər naziri Lammi ölkədə İsrailə silah tədarükü üçün verilmiş 350 lisenziyadan 30-nun fəaliyyətinin dayandırıldığını bəyan edib.
O, bu silahlardan istifadənin “beynəlxalq humanitar hüququn ciddi pozulmasına səbəb ola biləcəyi” yüksək riskləri qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az