Britaniya Nailə Əsgərzadəyə sanksiya tətbiq etdibackend

Britaniya Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hökuməti Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinə və bir neçə rusiyalı jurnalistə qarşı sanksiya tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, sanksiya tətbiq edilən jurnalistlərin Britaniyaya girişinə qadağa qoyulub. Bununla yanaşı, ölkədə həmin şəxslərin bank hesabları aşkar olunarsa, dondurulacaq.

Sanksiya tətbiq edilən şəxslər sırasında azərbaycanlı jurnalist Nailə Əsgərzadə, hərbi müxbirlər: Yevgeni Poddubnıy, Alexander Kots, Dmitri Steşin, aparıcı Mixail Leontyev, eləcə də Rusiya Prezidentinin köməkçisi, Birinci kanalın Direktorlar şurasının sədri Maksim Oreşkin var.