Britaniyada qəzetlərlə bağlı qadağabackend

Britaniyada qəzetlərlə bağlı qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə hökuməti xarici hökumətlərin İngiltərədə qəzet və xəbər jurnalları almasına qadağa qoyulacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi RedBird IMI investisiya şirkəti Telegraph qəzetini və həftəlik “Spectator” jurnalını almaq istədiyini açıqlayıb.

Hökumət bu istiqamətdə qəbul ediləcək qanunun “mətbuat azadlığının qorunması üçün əlavə addım olacağını” bəyan edib.

RedBird IMI sözçüsü bu inkişafın “çox məyusedici” olduğunu söylədi. Ana müxalifət olan Leyboristlər Partiyası da hökumətin bu addımını dəstəkləyəcəyini açıqlayıb.

Bu məqsədlə hökumət hazırda Milli Məclisdə müzakirə olunan “Rəqəmsal bazarlar, rəqabət və istehlakçılar haqqında” qanuna maddə əlavə edəcək.

RedBird IMI-nin 75 faizi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş nazirin müavini Şeyx Mənsura məxsusdur və o, həm də “Mançester Siti” klubunun sahibidir.

Hökumət bu qənaətdədir ki, sözügedən qanun tez qəbul olunarsa, bu alışın da qarşısını almaq olar.