Britaniyalı nazir: “COVID-19-un yeni növü başqa ölkələrdə də mövcuddur”backend

Britaniyalı nazir: “COVID-19-un yeni növü başqa ölkələrdə də mövcuddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Nəqliyyat naziri Grant Şaps bildirib ki, koronavirus infeksiyasının yeni növü Birləşmiş Krallığın sərhədlərini aşıb.

Rəsmi şəxs bu barədə “Sky News” telekanalına açıqlamasında bildirib.

“Həqiqət budur ki, virus artıq başqa ölkələrdə də ola bilər, biz onun digər ölkələrdə də mövcud olduğunu bilirik”, deyə Böyük Britaniyanın Nəqliyyat naziri söyləyib.

Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.

Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.

 

İnterpress.az