Britaniyanın Ruanda planı insan haqları öhdəliklərinə uyğun gəlmirbackend

Britaniyanın Ruanda planı insan haqları öhdəliklərinə uyğun gəlmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada millət vəkillərinin hazırladığı hesabata görə, hökumətin Ruandaya qeyri-qanuni miqrant göndərmək planı Böyük Britaniyanın insan haqları ilə bağlı öhdəlikləri ilə kökündən uyğun gəlmir və beynəlxalq hüququ pozur.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Britaniya Parlamentinin İnsan Haqları üzrə Birgə Komitəsinin deputatları tərəfindən hazırlanan hesabatda hökumətin Ruandaya mühacir göndərilməsi ilə bağlı qanun layihəsinin Böyük Britaniyanın qanunun aliliyi və insan haqları mövzusunda nüfuzunu “təhlükəyə salacağı” xəbərdarlığı edilib.

Hesabatda vurğulanıb ki, sözügedən qanun layihəsi Böyük Britaniyanın insan hüquqları ilə bağlı öhdəlikləri ilə kökündən bir araya sığmır və beynəlxalq hüququ pozur: “Qanun layihəsinin məhkəmə nəzarətinin demək olar ki, tamamilə istisna edilməsi yerli məhkəmələrin icra hakimiyyətinin məsuliyyətə cəlb edilməsində konstitusiya rolunu zəiflətmək məqsədi daşıyır”.

Bundan əlavə, hesabatda parlamentin Ruandanın təhlükəsiz yer olduğuna əmin olmadığı qeyd edilib və əlavə edilib: “Hər halda belə mübahisəli məsələlərin həlli üçün ən uyğun yerin məhkəmələr olduğunu düşünürük”.