Bu elektrik avtomobillər üçün yeni çip həllibackend

Bu elektrik avtomobillər üçün yeni çip həlli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada yerləşən bir şirkət elektrik avtomobillərinin akkumulyatorlarında yonqar tozundan istifadə etməyə başlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Şirkət atılmış yonqar tozunu sintetik qrafitə çevirməkdə uğur qazanaraq mühüm bir addım atıb.

Bu inkişafın akkumulyatorlarda istifadə edilən qrafit üçün dünyanın Çindən asılılığını azaldacağı gözlənilir.

CarbonScape şirkəti, yonqar tozundan əldə edilən alternativ qrafitin daha davamlı bir həll təklif etdiyini və Avropanın litium-ion batareyaları üçün Çindən asılılığını azaldacağını müdafiə edib.

Elektrikli avtomobil akkumulyatorlarının istehsalının açarı olan qrafit təbiətdə tapılan və hasil edilən bir maddədir. Sintetik qrafit neft məhsullarından istehsal olunur.

Baş direktor İvan Uilyamsın dediyinə görə, CarbonScape tərəfindən yonqar ağacından hazırlanmış qrafit daha ekoloji cəhətdən təmiz bir həll təklif edir.

Mövzuyla əlaqədar Euronews-a danışan Williams deyib: “Ənənəvi olaraq, sintetik qrafit istehsalında qalıq yanacaq əsaslı xammallardan istifadə edilir. İstehsal edilən hər ton qrafit üçün 35 ton karbon qazı buraxılır”.