Bu ölkə rus kanallarının yayımını qadağan etdibackend

Bu ölkə rus kanallarının yayımını qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Monteneqro Rusiya telekanallarının ölkədə yayımını qadağan edib”.

İnterpress.az  xəbər verir ki, bunu Rusiyanın Monteneqrodakı səfiri Vladislav Maslennikov deyib.

Onun sözlərinə görə, AB-nin sanksiyahısına düşməyən “Birinci” və “Pobeda” kanalının da yayımına qadağa qoyulub.

Qeyd edək ki, AB-nin növbəti sanksiyalarına əsasən, Rusiyanın “Rossiya”, RTR “Planeta”, “Rossiya 24” və TV Çentr kanalarının qurumun ərazisində yayımı qadağan edilib.