“Bu problemlər həm Rusiyaya, həm də Türkiyəyə ziyan vurur” – Peskovbackend

“Bu problemlər həm Rusiyaya, həm də Türkiyəyə ziyan vurur” – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə hesablaşmaları ilə bağlı problemlər həm Rusiyaya, həm də Türkiyəyə ziyan vurur.

İnterpress.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O deyib ki, Rusiya Federasiyası və Türkiyə mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün maliyyə məsələləri üzrə işçi təmaslarını davam etdirirlər.

“Bütün maliyyə məsələlərində bu vəziyyətdən çıxış yolu tapmaq üçün daim işçi səviyyəsində təmaslar aparılır. Problemlər mövcuddur və  bu problemlərin səbəbinin nə olduğu aydındır”, – Peskov qeyd edib.

O əlavə edib ki, maliyyə hesablaşmalarında problemlər Rusiya və Türkiyənin iqtisadi operatorlarına ziyan vurur.

Xuraman Etibarlı

İnterpress.az