Çadın paytaxtı Encemine şəhərində təhlükəsizlik qüvvələrinə edilən hücumda çox sayda insan həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Çadın rabitə naziri Abderaman Kullamalah mətbuata verdiyi açıqlamada səhər saatlarında Milli Dövlət Təhlükəsizlik Təşkilatına silahlı hücum olduğunu bildirib.
Hücumda çox sayda insanın həyatını itirdiyini deyən Kullamalah, ölənlərlə bağlı məlumat verməyib.
Hücumla bağlı istintaq başladıldığını bildirən Kullamalah vəziyyətin tamamilə nəzarət altına alındığını və cinayətkarların tutulduğunu açıqlayıb.
Hücuma görə müxalif Sərhədsiz Sosialist Partiyası məsuliyyət daşıyıb.
Prezident İdris Debi İtno 19 aprel 2021-ci ildə ölkənin şimalında separatçı “Çadda Dəyişiklik və Harmoniya Cəbhəsi” (FAKT) qruplaşmasına qarşı əməliyyatda öldürülüb.
Daha sonra onun 37 yaşlı oğlu Mohammed İdris Debi Itno 20 aprel 2021-ci ildə 15 generaldan ibarət Hərbi Keçid Şurasının rəhbəri təyin edilib.