Casusluqda ittiham olunan Rusiya vətəndaşı Polşada həbs olunubbackend

Casusluqda ittiham olunan Rusiya vətəndaşı Polşada həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Casusluqda ittiham olunan Rusiya vətəndaşı Polşada həbs olunub.

İnterpress.az “Reuters“ə istinadən xəbər verir ki, həbs olunan şəxs 18 ildir ki, Polşada yaşayır və biznes fəaliyyəti ilə məşğul olub.

Polşa Xüsusi Xidmət Nazirliyinin sözçüsü bildirib ki, həmin şəxs aprelin 6-da saxlanılıb və üç ay həbsdə saxlanılacaq.

“Hərbi Əks-Kəşfiyyat Xidmətinin topladığı sübutlar göstərir ki, həmin şəxs Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Polşa Silahlı Qüvvələrinin və NATO qoşunlarının hərbi hazırlığına dair məlumat toplayıb”, – mətbuat katibi qeyd edib.