Cəlilabadda 18 yaşlı gənc evində döyülərək baltalandıbackend

Cəlilabadda 18 yaşlı gənc evində döyülərək baltalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.