Çexiya rublla ödəniş etməyəcəkbackend

Çexiya rublla ödəniş etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Rusiya qazına görə ödənişləri rublla həyata keçirməyəcək.

İnterpress.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala polşalı həmkarı Mateuş Moraveçki ilə birgə mətbuat konfransında deyib.

“Rubl ilə ödənişlərə gəldikdə, Çexiya Rusiyanın hədələrinə boyun əymək fikrində deyil. Bəzi ölkə və şirkətlərin buna razı olması səhvdir. Bu, sanksiyaların pozulmasıdır və təhlükəlidir”, – deyə Fiala söyləyib.

Qeyd edək ki, “Qazprom” şirkəti aprelin 1-dən etibarən Rusiyaya qeyri-dost münasibəti nümayiş etdirən ölkələr üçün qaza görə ödənişləri rubl ilə qəbul etməyə başlayıb. Bunun ardınca, Bolqarıstan və Polşa bu qaydada ödəniş etməkdən imtina etdiyindən, “Qazprom” bu ölkələrə qaz nəqlini dayandırıb.