Çexiyanın Baş naziri Petr Fiala aprel və may aylarında Slovakiya ilə keçirilməsi planlaşdırılan hökumətlərarası məsləhətləşmələrin Slovakiyanın xarici işlər naziri Yuray Blanar və rusiyalı həmkarı Sergey Lavrovun görüşünə görə ləğv edildiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Çexiya hökumətinin yaxın həftələr və ya aylar ərzində Slovakiya ilə hökumətlərarası məsləhətləşmələr aparacağını deyən Fiala, məsləhətləşmələrin aparılmasını məqsədəuyğun hesab etmədiyini bildirib.
Çexiya ilə Slovakiya arasında sıx əlaqələrdən xəbərdar olduğunu qeyd edən Fiala bəzi mühüm xarici siyasət məsələlərində ciddi fikir ayrılıqlarının olduğunu gizlətməyin mümkün olmadığını vurğulayıb.
Fiala, Slovakiya hökumətinin xarici siyasətlə bağlı bəzi fəaliyyətlərini “problemli” gördüklərini və ötən həftə Slovakiyanın xarici işlər naziri Blanarla Rusiya xarici işlər naziri Lavrov arasında keçirilən görüşü “uyğun” saymadıqlarını və buna görə də Bratislavaya çatdırdıqlarını bildirib.
Çexiyanın bu bəyanatından sonra Slovakiyanın baş naziri Robert Fiko ölkə mətbuatına açıqlamasında deyilir ki, Praqa administrasiyası Ukraynadakı müharibəni dəstəkləyir, onlar isə sülhü müdafiə edir.
Rusiyanın xarici işlər naziri Lavrov 1-3 mart tarixlərində Türkiyədə keçirilən Antalya Diplomatik Forumu çərçivəsində slovakiyalı həmkarı Blanar ilə görüşüb.