Çin: ABŞ vetosu Qəzzada vəziyyəti daha təhlükəli edirbackend

Çin: ABŞ vetosu Qəzzada vəziyyəti daha təhlükəli edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin xəbərdarlıq edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnaməsinə Birləşmiş Ştatların veto qoyması bölgədəki vəziyyəti daha təhlükəli edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin BMT-dəki daimi nümayəndəsi Cang Cün, görüşdən sonra verdiyi açıqlamada, BMT Təhlükəsizlik Şurasının atəşkəs üçün addımlar atması lazım olduğunu və bunun onun hüquqi məsuliyyəti olduğunu vurğuladı.

Ölkəsinin Vaşinqtonun qərarından məyus olduğunu ifadə edən Canq deyib ki, ABŞ-ın vetosu səhv mesaj verir və Qəzzada vəziyyəti daha təhlükəli edir.

ABŞ-ın Əlcəzairin təklif etdiyi layihəyə “diplomatik səyləri kəsəcəyi” səbəbi ilə qarşı çıxmasının tamamilə qeyri-mümkün olduğunu vurğulayan Cang bildirib ki, ABŞ-ın vetosu Qəzzada atəşkəs və atəşkəsə son qoyulması çağırışını susdura bilməz. Təhlükəsizlik Şurası vetoya görə ədaləti yerinə yetirmək məsuliyyətindən əl çəkə bilməz.