Çin Fələstinin BMT-yə qəbul edilməsinin TƏRƏFDARIDIRbackend

Çin Fələstinin BMT-yə qəbul edilməsinin TƏRƏFDARIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Fələstinin BMT-yə qəbul edilməsinin tərəfdarıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi indoneziyalı həmkarı Marsudi ilə birgə mətbuat konfransında bildirib. O deyib ki, Çin Fələstinin BMT-yə qəbul edilməsinin tərəfdarıdır.

BMT Təhlükəsizlik Şurası bu gün BMT Baş Assambleyasına Fələstini təşkilata qəbul etməyi tövsiyə edən qətnamə layihəsini səsə qoyacaq.

Tövsiyə almaq üçün bir ölkənin müraciətinə Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u səs verməlidir. Bir şərtlə ki, daimi üzvlərdən heç biri (Rusiya, ABŞ, Fransa, İngiltərə və Çin) onun əleyhinə səs verməsin.

Bundan sonra məsələ Baş Assambleyaya təqdim olunur. Burada ərizə səslərin üçdə ikisini almalıdır.

Xuraman Etibarlı

İnterpress.az