Çində böyük partlayış: dağıntılar ətrafa səpələnibbackend

Çində böyük partlayış: dağıntılar ətrafa səpələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Hebey əyalətində restoranda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

CCTV News dövlət telekanalının verdiyi məlumata görə, partlayış avtomobillərə ciddi ziyan vurub və ətraf küçələrə dağıntılar səpələnib.Partlayış səhər saat 8 radələrində paytaxt Pekindən təxminən 80 km aralıda yerləşən Sanhe rayonunda baş verib.

CCTV-nin məlumatına görə, yaralılar xəstəxanaya göndərilib.

Partlayışın Yanjiao əyalətinin Sanhe şəhərindəki qızardılmış toyuq restoranında baş verdiyi və qaz sızmasının səbəb olduğu ehtimal edildiyi bildirilir.

Nazirlikdən bildirilib ki, hadisə yerinə 36 texnika və 154 nəfər cəlb olunub, yanğın nəzarət altına alınıb, xilasetmə işləri davam etdirilir.

Partlayış Pekində hökumətin yüksək səviyyəli siyasi görüşləri başa çatdıqdan dərhal sonra baş verib.