Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki turizm kurortunda qar uçqunu nəticəsində minə yaxın turist qapalı qalıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ötən həftə Çinin şimal-qərbində 10 gündür güclü qarın təsirli olduğu Sincan-Uyğur Muxtar Bölgəsində müxtəlif yerlərdə qar uçqunları baş verib.
Magistral yolda qalan 54 avtomobil və 200-dən çox insan qar təmizləyən maşınların yolları təmizlədikdən sonra xilas edilib.
Hemu istirahət kəndinə gedən yolun bağlanması nəticəsində yerli əhali və mindən çox turist ərazidə qalıb.
Xilasetmə və yardım işlərinə 31 maşın və 53 canlı qüvvənin cəlb edildiyi bildirilib.
Çinin rəsmi xəbər agentliyinin verdiyi açıqlamada kəndə gedən yolun böyük hissəsinin təmizləndiyi bildirilib.
Qar təmizləmə işlərinin davam etdiyi öyrənilərkən, Altay Karayolları İdarəsinin direktoru Zhao Jinsheng uçqunun cəmi 350 kilometr yolun təsirləndiyini açıqlayıb.