Çin Yer orbitində qurduğu Tienqonq (səma sarayı) Kosmik Stansiyasına 6-cı təchizat ekspedisiyasını başa vurub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Çin İnsanlı Kosmik Ekspedisiya Agentliyinin (CMSA) verdiyi açıqlamada, “Tiencou-7” yük gəmisinin kosmik stansiyanın əsas modulunun arxa estakadasına lövbər saldığı bildirilib.
Stansiyadakı taikonavtların mekikə girərək planlaşdırılmış şəkildə təchizatları köçürəcəkləri bildirilib.
Mekik ötən gecə “Long March 7 Y8” raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Gəmi Başlatma Mərkəzindən buraxılıb.
Təchizat ekspedisiyası 2023-cü ilin oktyabrında kosmik stansiyaya göndərilən taikonavt komandasının ehtiyaclarını ödəməyi hədəfləyir. Yük servisi 260 ədəddən ibarət 5,6 ton ağırlığında yük daşıyır.
Çin daha əvvəl kosmik stansiyaya 2021-ci ildə “Tiencou-2” və “Tiencou-3”, 2022-ci ildə “Tiencou-4” və “Tiencou-5”, 2023-cü ildə “Tiencou-6” ilə təchizat uçuşları həyata keçirmişdi.