Qaraciyər transplantasiyası, bariatrik cərrahiyyə, ürək cərrahiyyəsi – bu, Gürcüstanda həyata keçirilməsi kifayət qədər bahalı olan əməliyyatların kiçik siyahısıdır. Düzdür, bahalı əməliyyatların bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir, amma təbii ki, tam yox.
İnterpress.az xəbər verir ki, qaraciyər transplantasiyası Gürcüstanda ən bahalı əməliyyatlardan biridir. Onun dəyəri 120.000 laridir.
Ən bahalı xidmətlər arasında qiyməti 205 000 lari olan haploidentik transplantasiya (xəstənin kondisioneri daxil olmaqla – orqanizmin transplantasiyaya hazırlanması və transplantasiyadan sonrakı dövrün idarə edilməsi) daxildir. Kardiocərrahi müdaxilələr ən bahalılardan biridir. Gürcüstanda ürək qapaqları, hətta müxtəlif struktur zədələri və patologiyaları cərrahi yolla müalicə olunur.Bu vəziyyətdə əsas maneə klapanların qiymətidir. Müdaxilə üsulu zamanı kateter klapan istifadə olunur. Gürcüstanda bu alınmır və dövlət tərəfindən ödənilmir, xəstə özü almalıdır və təxminən 15-20 min dollara başa gəlir. Eyni əməliyyatın cərrahi müdaxilə ilə aparılması halında isə ödəniş 5 000 lari civarındadır.
Bariatrik cərrahiyyənin qiyməti 12.000 laridən başlayır və bu məbləğə əməliyyatdan əvvəlki analizlər və araşdırmalar daxil deyil. Plastik cərrahiyyə ilə bağlı əməliyyatlara gəlincə, ən bahalısı cinsiyyət dəyişdirmə əməliyyatıdır və Gürcüstanda bu prosedurun qiyməti 50 000 laridən başlayır.
Rinoplastika əməliyyatının qiyməti 2500-4000 lari, implantlarla sinə (döş) böyütmə 5000-8500 lari, sinə (döş) kiçiltmə 4500-8000 lari arasında dəyişir.