Dağıstanda 50 minə yaxın insan işıqsız qalıbbackend

Dağıstanda 50 minə yaxın insan işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qarın şiddətli yağması səbəbindən Dağıstanın Xumtorqala, Qarabudaqkənd, Məhərrəmkənd, Tabasaran, Dərbənd və Xasavyurd rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

Bildirilir ki, hava şəraitinin pisləşməsi və qarın naqillərə yapışması nəticəsində 6-120 kV-lik elektrik şəbəkəsi obyektlərində fasilələr yaranır.

“Təcili bərpa işlərinə 22 mühəndis briqadası (83 nəfər, 26 texnika) cəlb olunub”, – deyə məlumatda bildirilir.

Rusiyanın Energetika Nazirliyinin məlumatına görə, qəzanın baş verdiyi 35 yaşayış məntəqəsində təxminən 49 700 nəfər yaşayır.

 

İnterpress.az